Yuxarı

Bəşər Əsədə daha bir şok: Əsma boşanır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəşər Əsədə daha bir şok: Əsma boşanır

Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin xanımı Əsma Əsəd Moskvadakı həyat şəraitindən narazı qaldığı üçün boşanıb, Londona getmək istəyir.

Axar.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Bildirilir ki, bu məqsədlə Rusiya məhkəməsinə müraciət edən Əsma Əsəd Moskvanı tərk etmək üçün xüsusi icazə istəyib. Ancaq bu müraciət hazırda Rusiya səlahiyyətliləri tərəfindən qiymətləndirilir və nəticə hələ aydın deyil:

“Bəşər Əsədin sığınacaq istəyi qəbul edilsə də, onun Rusiyada hakimiyyət orqanları tərəfindən sərt məhdudiyyətlərə məruz qaldığı bildirilir. Əsədə Moskvanı tərk etmək və ya hər hansı siyasi fəaliyyətlə məşğul olmaq qəti qadağan edilib. Bu məhdudiyyətlər Əsədin fəaliyyət məkanını ciddi şəkildə məhdudlaşdırır.

Bəşər Əsədin aktivləri və pula çıxışı da Rusiya hakimiyyəti tərəfindən dondurulub. Bu vəziyyət Əsəd ailəsinin maliyyə gücünü və gələcək təsirini məhdudlaşdırmaq üçün atılan mühüm tədbir hesab olunur. Qərar Əsədin hərəkətlərini tamamilə Rusiyanın nəzarəti altında saxlayır.

Əsma Əsədin Londona getmək istəyi qəbul olunarsa, Əsəd ailəsinin Rusiyadakı mövqeyi daha da zəifləyə bilər”.

Tarix
2024.12.20 / 00:24
Müəllif
Axar.az
Digər xəbərlər

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla