Yuxarı

Hitrou limanında uçuşlar ləğv edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada güclü küləklər Milad öncəsi milyonlarla insanın səfərlərini çətinləşdirərək bir sıra nəqliyyat problemlərinə səbəb olub.

Axar.az xəbər verir ki, Hitrou hava limanı bazar günü təxminən 100 uçuşun ləğv edildiyini açıqlayıb və sərnişinlərə yola düşməzdən əvvəl öz aviaşirkətləri ilə əlaqə saxlamaları tövsiyə edilib. Şotlandiya, Şimali İrlandiya, Uels və İngiltərənin şimal və qərb hissələrində güclü külək səbəbindən sarı hava xəbərdarlıqları saat 21:00-dək qüvvədədir.

Səyahət üzrə ekspert Saymon Kalder “BBC” kanalına bildirib ki, Hitroudakı 100 uçuşun ləğvi əhəmiyyətli bir rəqəmdir və adi bir bazar günü ilə müqayisədə çox yüksəkdir. Onun sözlərinə görə, uçuşların ləğvi yüksək külək sürəti səbəbindən baş verib.

“Ləğv edilən 100 uçuşun təxminən 80-i “British Airways” şirkətinə məxsusdur. Bu vəziyyətin ümumilikdə 15 min sərnişinə təsir göstərə biləcəyi təxmin edilib”, - deyə o bildirib.

Tarix
2024.12.22 / 19:50
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Qusman İlham Əliyevin bu müsahibəsini yaydı

Bu sözləri Əliyev haqda Qərbin “uşaqları” deyir

Türkiyənin HTŞ ilə birgə yeni hədəfi

ABŞ-ın qardaş ölkəyə ədalətsiz sanksiyası…

Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla