Yuxarı

Britaniya hərbçiləri kütləvi şəkildə ordudan ayrılır - Səbəb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya ordusunun hərbçiləri yayda tətbiq edilən 6 faizlik maaş artımına baxmayaraq, ordudan kütləvi şəkildə ayrılmağa davam edirlər.

Axar.az xəbər verir ki, oktyabr ayına qədər olan 1 il ərzində silahlı qüvvələri 15 min 119 nəfər tərk edib. Onlardan 7778 nəfəri könüllü çıxış kateqoriyasına daxil edilib, yəni öz istəkləri ilə ordudan ayrılıblar. Bu müddətdə orduya cəmi 12 mindən bir qədər çox yeni şəxsin cəlb edilməsi nəticəsində ordunun ümumi sayı azalıb.

Hazırda Böyük Britaniyada hər min nəfərə cəmi iki hərbçi düşür ki, bu da indiyə qədər qeydə alınan ən aşağı göstəricidir.

Məlumata görə, ordudakı sıravi əsgərlərin real maaşı 2011-ci ildən bəri cəmi 1.9 faiz artıb. Bu göstərici yeni işə başlayan gənc həkimlər üçün 13.39 faiz, qatar maşinistləri üçün isə 10.14 faiz olub.

Qeyd edək ki, hökumət hərbi personalın işdən ayrılmasının qarşısını almaq üçün iyul ayında son 22 ildə ən böyük maaş artımı elan etmişdi.

Tarix
2024.12.22 / 23:42
Müəllif
Axar.az
Digər xəbərlər

Qusman İlham Əliyevin bu müsahibəsini yaydı

Bu sözləri Əliyev haqda Qərbin “uşaqları” deyir

Türkiyənin HTŞ ilə birgə yeni hədəfi

ABŞ-ın qardaş ölkəyə ədalətsiz sanksiyası…

Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla