Yuxarı

Kavelaşvili and içən kimi Zurabişvili ilə bağlı qanunu imzaladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kavelaşvili and içən kimi Zurabişvili ilə bağlı qanunu imzaladı

Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti kimi and içəndən dərhal sonra (andiçmə mərasimi 29 dekabrda baş tutub – red.) parlamentin noyabrda tez bir zamanda qəbul etdiyi bütün qanunları imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun gürcü xidməti məlumat yayıb.

Təsdiqlənən qanunlar bunlardır: ictimai mitinqlər zamanı pirotexniki vasitələrdən və lazerlərdən istifadə qadağan edilir; mitinqlərdə üzü örtmək qadağan edilir; yolların bağlanmasına və qraffitilərə görə cərimələr əhəmiyyətli dərəcədə artırılır və mitinqlər zamanı həbs üçün yeni əsaslar əlavə edilir.

Həmçinin dövlət orqanlarında işdən çıxarılma və işə qəbul prosesləri də sadələşdirilib. Yeniliklərdən biri də odur ki, iddia məhkəmə tərəfindən təmin edilsə belə, dövlət artıq həmin şəxsi hökumət strukturunda əvvəlki işinə qaytarmağa borclu deyil. Hüquq müdafiəçilərinin fikrincə, “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişikliklər işçilərin siyasi motivlərlə işdən çıxarılmasını asanlaşdırır.

“Polis haqqında” qanuna edilən daha bir dəyişiklik bəzi kateqoriyadan olan əməkdaşların Daxili İşlər Nazirliyində işə başlamasını asanlaşdırır.

Digər mühüm düzəliş isə Zurabişvili ilə bağlıdır. Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili dövlət himayəsi hüququnu itirib.

Tarix
2024.12.30 / 13:24
Müəllif
Axar.az
Digər xəbərlər

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla