Yuxarı

Ukrayna 2024-də bu qədər ərazi itirdi: 2025-də isə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna 2024-də bu qədər ərazi itirdi: 2025-də isə...

Keçən il Ukrayna 4 min kvadrat kilometrdən çox ərazisini itirib. 2025-ci ildə Ukraynanın Rusiyanın bütün Donbası işğal etməsinin və cəbhəni yarıb keçməsinin qarşısını almaq üçün daha yaxşı fürsəti yaranacaq.

Axar.az xəbər verir ki, bunu "New Geopolitics Research Network"un direktoru Mixail Samus Radio deyib.

Ekspert hesab edir ki, 2025-ci il üçün müsbət gözləntilər var:

"Ukraynanın və ukraynalıların bütün gərgin zəhməti 2025-ci ildə həm cəbhədə, həm də iqtisadiyyatda nəticə verməlidir - Rusiya iqtisadiyyatında sonda dağıdıcı proseslər başlamalıdır".

O, etiraf edib ki, Putin hakimiyyəti tammiqyaslı müharibə başlayandan sonra tam üç il ayaqda qala bilib, lakin ruslar Ukraynanı təslim olmağa məcbur edə bilməyiblər:

"2023-cü ilin sonu və 2024-cü ilin əvvəlini xatırlasaq, o zaman deyirdik ki, Rusiya bütün Donbası fəth etməyə çalışacaq. Onlar cəbhəni yarıb Ukraynanı təslim olmağa məcbur etməyə cəhd edəcəklər. İndi nə danışacağıq? Rusiyanın bu il üçün planları nədən ibarətdir? Bütün Donbası işğal edib, cəbhəni yarıb, Ukraynanı təslim olmağa məcbur etmək. Beləliklə, bu il Rusiyanın bunu edə bilməməsinə şərait yaratmaq şansımız daha çoxdur. Ona görə ki, Rusiyada iqtisadi vəziyyət daha da pisləşəcək".

Tarix
2025.01.02 / 09:30
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla