Yuxarı

ABŞ-ın ən kasıb ştatı və AB-nin ən güclü dövlətləri: fərqə baxın

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın ən kasıb ştatı və AB-nin ən güclü dövlətləri: fərqə baxın

ABŞ-ın ən yoxsul ştatında (Mississipi) adambaşına düşən ümumi daxili məhsul (ÜDM) Almaniya istisna olmaqla, Avropanın beş ən böyük ölkəsindən yüksəkdir. Bununla belə, hətta Almaniya Missisipidən çox da irəlidə deyil, fərq cəmi 1500 avrodur.

Axar.az xəbər verir ki, bu barədə “Avronyus” (Euronews) məlumat yayıb.

2024-cü ilin 3-cü rübündə ABŞ-ın adambaşına düşən ÜDM-i Missisipidə 49,780 avrodan (53,872 dollar) Kolumbiya dairəsində 246,523 avroya (266,787 dollar) qədər dəyişib.

2024-cü ildə AB-də adambaşına düşən ÜDM Bolqarıstanda 15.773 avrodan Lüksemburqda 125.043 avroya qədər dəyişib. AB üzrə orta göstərici 40 060 avro, ABŞ-da isə 80 023 avro (86 601 dollar) olub.

Avropanın beş aparıcı ölkəsi arasında adambaşına düşən ÜDM belədir: Almaniya - 51 304 avro, Böyük Britaniya - 48 441 avro, Fransadır - 44 365 avro, İtaliyada - 37 227 avro, İspaniya - 33 070 avro.

Tarix
2025.01.06 / 00:31
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla