Yuxarı

Ermənistanın Rusiyadan 10 ayda qazandığı şok etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanın Rusiyadan 10 ayda qazandığı şok etdi

2024-cü ilin 10 ayı ərzində Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə ticarət dövriyyəsi 11 milyard ABŞ dollarından çox olub.

Axar.az xəbər verir ki, bu hesablamanı Rusiya Teleqram kanalları yazıb.

Qeyd olunub ki, 2023-cü illə müqayisədə göstəricilər 3 dəfədən çox artıb:

“Ticarət dövriyyəsi 2023-cü ildə bu rəqəm təxminən 3,4 milyard dollar təşkil edirdi. Bu, 3 dəfədən çox artım deməkdir. Aydındır ki, yüksək göstəricilər təkcə Ermənistan məhsulları hesabına deyil, həm də Rusiyaya “paralel idxal” adlanan proses nəticəsində əldə olunub (Rusiyaya tətbiq edilən sanksiyaların Ermənistan tərəfindən dəlinməsi – red.). Yəni Ermənistan müəyyən məhsulların üçüncü ölkələrdən idxalında ticarət vasitəçisi kimi çıxış edir. Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, 2024-cü ilin yanvar-oktyabr aylarında Ermənistanın xarici və qarşılıqlı ticarət dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 67,6% artaraq 26,2 milyard ABŞ dollarını keçib. 2024-cü ildə Ermənistanın əsas xarici ticarət tərəfdaşları isə Rusiya (10,8 milyard dollar, 91,4% artım), BƏƏ (4,9 milyard dollardan çox, 5,6 dəfə artım), Çin (2,3 milyard dollardan çox, 35,5% artım) olub. Göründüyü kimi, bu siyahıda Avropa Birliyi çox geridə qalır. Ermənistan Aİİ üzvlüyündən ciddi iqtisadi faydalar əldə edir və əslində Avrasiya inteqrasiyasının əsas benefisiarıdır”.

Ekspertlər qeyd edir ki, iqtisasdi artım indi hökümətin hakimiyyəti üçün əsasdır:

“Təbii ki, Ermənistan Rusiyaya müəyyən “dost xidmətləri” göstərir, lakin bu iqtisadi funksiyalar nisbətən asanlıqla digər ölkələr, o cümlədən Cənubi Qafqazda yerləşən ölkələr arasında bölüşdürülə bilər.

Qeyd etmək lazımdır ki, Avrasiya inteqrasiyasının nəticəsi olaraq Ermənistanın yaşadığı iqtisadi yüksəliş Nikol Paşinyan hökumətinə müxalifətlə mübarizədə kömək edib. Azərbaycanla iki müharibədə məğlub olan Ermənistan hökuməti kütləvi küçə etirazlarına baxmayaraq, əldə edilmiş iqtisadi uğurlara istinad edərək hakimiyyətdə qala bilib.

Eyni kontekstdə Ermənistandan Rusiyaya illik həcmi 3 milyard dollardan az olmayan pul köçürmələrini də nəzərdən keçirmək lazımdır.

Aydındır ki, postsovet məkanında ölkələrin Avropa inteqrasiyası mövzusunda milli maraqlara və rasional düşüncəyə yer yoxdur. Yerli elitalar sadəcə geopolitik maraqlara əsaslanan xarici sifarişi yerinə yetirirlər.

Qərb Gürcüstanı itirir və Ermənistan hesabına bu itkiləri kompensasiya etməyə çalışır. KTMT-dəki kiçik “zərbələrdən” yüksək mərclərlə oyuna keçmək qərarına gəliblər”.

Tarix
2025.01.10 / 14:01
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Azərbaycanla daha bir demarkasiya gözlənilir

Simonyan: Bakıya getməmək qəbuledilməzdir

Heydər Əliyev Mehdiyevə zəng edib, dedi ki... - Bağırov

DTX "kriminal aləm”in nümayəndələrini saxladı - Video

Kimlərin sığorta haqqını dövlət ödəyəcək? - İzah

Simonyan Qafarova ilə İstanbulda görüşə bilər

Bakı narahat oldu, etiraz etdi: haqlıdır - Rus politoloq

Prezident Britaniyanın ticarət elçisini qəbul etdi

63 yaşlı nazirin 30 yaşlı xanımı Bakıda - Foto

Prezident Ksaba Leykonu qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla