Yuxarı

Kalininqradla sərhədə ordu yığılır - Nə baş verir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kalininqradla sərhədə ordu yığılır - Nə baş verir?

Kalininqrad vilayəti ətrafında hərbi aktivlik müşahidə olunur. Vilayətdən cəmi 50 kilometr aralıda yerləşən Qdansk şəhərində tankların fəal şəkildə yerləşdirilməsi baş verir. Bununla yanaşı, Varşava ətrafı yollarda tank kolonlarının hərəkəti qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik məlumat yayıb.

“Silahlı qüvvələrin hərəkəti açıq şəkildə hiss olunur. Bu, birinci dəfə deyil və Polşa ərazisində böyük hərbi aktivlik var”, - o vurğulayıb.

Kolesnik həmçinin NATO-nun Litvanın Memel regionunda həyata keçirdiyi hərbi təlimlər və Latviyanın Prezidenti Edqars Rinkeviçsin dəniz yollarını bağlamaq çağırışlarını xatırladaraq, vəziyyətə ciddi yanaşmağın vacibliyini qeyd edib:

“Hazırda Kalininqrad vilayəti ətrafında mürəkkəb hərbi düyün formalaşır. Bu vəziyyət mürəkkəb qərarlar tələb edə bilər, hətta hipersəsli “Xəncər” raketlərindən istifadəyə qədər”.

O, Polşa ilə Litva arasında gərgin münasibətlərə toxunaraq, polyakların Vilnüsə olan tarixi iddialarını diqqətə çatdırıb. Kolesnik bildirib ki, bölgədəki gərginlik ciddi xarakter daşıyır, lakin Rusiya istənilən ssenariyə hazırdır.

Tarix
2025.01.11 / 14:23
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla