Fitso Kiyevi təhdid etdi: Veto qoyacağam...
16:52
Ana səhifə Planet |
Kolumbiyada təyyarənin qəzaya uğraması nəticəsində iki ekipaj üzvü və səkkiz sərnişin həlak olub.
Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Antiokiya departamentinin Karlos Rios Puerta administrasiyasının rəsmisi məlumat verib.
“Təəssüf ki, sağ qalan yoxdur. Onlarla xilasedici hadisə yerindədir. Biz cəsədləri axtarırıq və onların şəxsiyyətini müəyyənləşdirmək üçün polislə koordinasiya edirik”, - Puerta bildirib.
Puerta bildirib ki, əlverişsiz hava şəraiti xilasetmə işlərini çətinləşdirib. Bununla belə, Kolumbiyanın Mülki Aviasiya İdarəsi artıq qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlayıb.
Tarix
2025.01.12 / 14:38
|
Müəllif
Axar.az
|