Yuxarı

Dünya erməni yalanlarına inanmadı – Fakt

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya erməni yalanlarına inanmadı – Fakt

Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu aprelin əvvəlindəki cəbhədəki gərginliklə bağlı dünya mətbuatında apardığı monitorinqin nəticələrini açıqlayıb.

Axar.az xəbər verir ki, aprel hadisələri zamanı erməni yalanlarının əsas hərəkətverici qüvvəsi hazırkı mafioz Serj Sərkisyan rejimi və Amerikada yerləşən Amerika Erməni Milli Komitəsi (ANCA) olub.

Siyasi, iqtisadi və mənəvi dəstəkçimiz olan qardaş Türkiyə mətbuatı Azərbaycan həqiqətlərini obyektiv formada dünyaya nümayiş etdirib. Türkiyənin nüfuzlu NTV xəbər kanalı Azərbaycanın işğaldan azad etdiyi Lələtəpə yüksəkliyindən reportaj hazırlayıb.

Təəssüf ki, ATƏT-in Minsk Qrupunun üzvü olan Rusiyanın mətbuatı sözün həqiqi mənasında erməni təbliğatçısı olub. Hadisələr vaxtı ermənipərəst "Dojd" telekanalı diqqəti əsas məsələdən yayındırmaq üçün süni və şişirdilmiş materiallarla anti-Azərbaycan mövqeyini bir daha nümayiş etdirib. "İnterfaks" və "Lenta.ru" hadisənin mahiyyətini təhrif edərək həqiqətdən kənar məlumatlar yayıb. "Vedomosti və Arqumentı i Faktı" nəşri hadisələri obyektiv qiymətləndirib.

Britaniyanın BBC kanalı Azərbaycan Müdafiə Nazirliyinin açıqlamalarına yer ayırıb. "İndependent" qəzeti Qarabağın Azərbaycanın ayrılmaz ərazisi olduğunu qeyd edib.

ABŞ-ın "Vaşinqton Tayms" və "Nyu York Tayms" qəzetləri Azərbaycanı işğala məruz qalan ölkə kimi təqdim edib. "Vaşinqton Tayms"da Ermənistanın Metsamor AES-dəki təhlükəli cəhdlərindən bəhs olunub. Nüfuzlu "Əl Cəzirə" kanalı Azərbaycanda mülki əhalinin məruz qaldığı erməni hücumlarından reportaj hazırlayıb. İsrailin "Haaretz" qəzeti Azərbaycan və İsrail müttəfiqliyindən bəhs edən yazılar yayımlayıb.

Aparılan monitorinq göstərib ki, Azərbaycanın haqlı mövqeyini dünya mediası birmənalı qəbul edir və erməni yalanları artıq dünya üçün də qəbuledilməzdir.

Tarix
2016.05.10 / 16:54
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla