Yuxarı

Rusiyadan bu torpaqları geri almaq mümkün deyil - ABŞ

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan bu torpaqları geri almaq mümkün deyil - ABŞ

Krım da daxil olmaqla, Ukraynanın iddia etmək istədiyi ərazilərdən Rusiyanı tamamilə sıxışdırıb çıxarmaq qeyri-real məqsəddir.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Uolts deyib.

"Sadəcə olaraq, bütün rusları Ukrayna torpağının hər qarışından qovacağımızı söyləməyi real hesab etmirəm. Hətta Krımdan. Prezident Tramp bu reallığı etiraf etdi və hesab edirəm ki, bu, irəliyə doğru böyük addımdır. İndi bütün dünya bu reallığı tanıyır", - o bildirib.

Onun sözlərinə görə, münaqişənin diplomatiya yolu ilə bitməsinə diqqət yetirmək lazımdır:

"Gəlin irəli gedək. Bütün dünyanı əhatə edə biləcək bu münaqişəni necə dayandıra və onun daha da genişlənməsinin qarşısını ala bilərik?"

Uolts vurğulayıb ki, ilk addım danışıqlar prosesinə və uzunmüddətli həll yolunun axtarışına yol açacaq atəşkəsin yaradılması olmalıdır.

Tarix
2025.01.13 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla