Təyyarə qəzasından 4 gün sonra ayılan şəxsdən xəbər var
23:46
Ana səhifə Planet |
17:06
Yaponiyanın Küsü adasının cənubundakı Miyadzaki prefekturasında 6.9 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Zəlzələ ocağının yerin 30 km dərinliyində qeydə alındığı bildirilir.
Sunami xəbərdarlığı elan edilib. Hökumət rəsmiləri əhalini sahil bölgələrindən çıxmağa çağırıb.
Dağıntı və tələfatla bağlı hələlik hər hansı bir məlumat verilməyib.
***
Miyadzaki prefekturasında baş verən zəlzələdən sonra elan edilmiş sunami xəbərdarlığı ləğv olunub.
Bu barədə Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Tarix
2025.01.13 / 20:55
|
Müəllif
Axar.az
|