Yuxarı

Trampın hədəsinə cavab: Şeynbaum meydan oxudu!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın hədəsinə cavab: Şeynbaum meydan oxudu!

Ağ Evin yeni sahibi Donald Trampın əsas hədələdiyi ölkələrdən biri cənub qonşusu Meksikadır. Tramp müxtəlif ölkələrdən qaçqınların məhz Meksika üzərindən ABŞ-a daxil olduğunu bildirir, digər tərəfdən, Amerikaya gizli yollarla daşınan narkotik maddələrin də Meksika mənşəli olduğu qənaətindədir. Bu gedişlə Tramp Meksikada istehsal olunan məhsullara gömrük tariflərini artırmaqla yanaşı, sərhəddən keçidlərin də qarşısını alacaq.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, ötən ilin oktyabr ayında Meksika prezidenti seçilən Klaudiya Şeynbaum da cavab tədbirləri hazırlayıb:

“Meksika ABŞ-a boylanmadan azad və müstəqil xarici siyasət kursunu müəyyənləşdirməlidir” deyən xanım Şeynbaum buna nümunə kimi Kuba ilə artan tərəfdaşlıq münasibətlərini göstərib. Məlumdur ki, Donald Tramp özündən əvvəlki demokrat prezidentlərdən fərqli olaraq, Kubaya qarşı sərt sanksiya siyasətinin davam etdirilməsinin tərəfdarıdır. Meksika isə son illərdə Kuba ilə əməkdaşlığı genişləndirib. Meksika hökuməti Kubaya ərzaq və yanacaq göndərir, kubalı peşəkar həkimlər isə bu ölkəyə dəvət edilir. Pandemiya dövründə kubalı həkimlər Meksikada çalışıblar. Meksika Venesueladan sonra Kubanın ikinci neft təchizatçısına çevrilib. Hesablamalara görə, Kuba enerjiyə olan ehtiyacının dörddə bir hissəsini Meksikadan əldə etdiyi yanacaq hesabına təmin edir.

Meksikanın bu siyasəti ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi embarqoya ziddir. Tramp və ya ABŞ Konqresi buna görə Meksikaya sanksiyalar tətbiq edə bilər. Ancaq görünən odur ki, Meksika prezidenti ABŞ lideri Trampın hədələrindən çəkinmir. Əksinə, “Meksika xalqı kubalılarla həmrəydir” deyən xanım prezident bu sözləri ilə Trampa meydan oxumuş olur. Təsadüfi deyil ki, Kuba Prezidenti Migel Diaz-Kanel bir neçə il ərzində Meksikaya 5 dəfə səfər edib”.

Tarix
2025.01.24 / 20:54
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla