
"Xəmsə" şadlıq sarayının fəaliyyəti dayandırıldı
11:52
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Qırmızı dənizdə Honkonq bayrağı altında üzən konteyner gəmisində partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə “AP Diaplous Group” dəniz təhlükəsizliyi şirkəti məlumat yayıb.
Hadisə Yəmənin Hudeyda limanından 225 km məsafədə baş verib. Yanğınla nəticələnən partlayışın səbəbi məlum deyil. Heyət üzvləri gəmini tərk edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Dəniz daşımaları sahəsindəki mənbə agentliyə bildirib ki, konteyner gəmisində "təhlükəli" yük olub. O, gəminin məhz nə daşıdığını açıqlamayıb.
Tarix
2025.01.28 / 18:48
|
Müəllif
Axar.az
|