Yuxarı

Təyyarə ilə helikopter toqquşdu: 30-dan çox ölü - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təyyarə ilə helikopter toqquşdu: 30-dan çox ölü - Video

08:35

Vaşinqtonun Reyqan Milli Hava Limanında sərnişin təyyarəsi ilə “Blackhawk” helikopteri toqquşub.

Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, təyyarənin göyərtəsində 60 sərnişin olub.

“NBC Nyus”da isə qəzaya uğrayan təyyarədə azı 4 nəfərin sağ qaldığı, onların xəstəxanaya aparıldığı vurğulanıb.

“Röyters“ helikopterdə 3 hərbçinin olduğunu açıqlayıb.

FTB-nin Vaşinqtondakı yüksək rütbəli rəsmisinin sözlərinə görə, baş verən hadisədə terror əlaməti yoxdur.

***

Hərbi helikopterlə toqquşan sərnişin təyyarəsinin düşdüyü Potomak çayından 19 nəfərin meyiti çıxarılıb.

Bu barədə BNO portalı polisə istinadən məlumat yayıb.

ABŞ müdafiə naziri Pit Heqset qəzaya uğrayan təyyarə ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb.

***

Vaşinqtonda hərbi helikopterlə sərnişin təyyarəsinin toqquşması nəticəsində 30-dan çox insan həlak olub.

Bu barədə xilasetmə işlərinin gedişatı ilə tanış olan iki mənbə “NBC Vaşinqton” telekanalına məlumat verib.

Məlumata görə, ölənlərin meyiti çaydan çıxarılıb.

Tarix
2025.01.30 / 15:45
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla