Heqset təyyarə ilə helikopterin toqquşmasından danışdı
30 Yanvar 23:56
Ana səhifə Planet |
Kreml Vaşinqtonda baş verən təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verir.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu gün Vaşinqtondan pis xəbər gəldi. Təəssüflənir və həlak olanların ailələrinə və yaxınlarına, bu hava qəzasında həlak olan həmvətənlərimizə başsağlığı veririk”, - o bildirib.
Qeyd edək ki, bu gün Vaşinqtonun Reyqan Milli Hava Limanında sərnişin təyyarəsi ilə helikopter toqquşub. Təyyarənin göyərtəsində 64 nəfər, helikopterdə isə 3 hərbçinin olduğu bildirilir. İndiyə qədər 19 nəfərin meyiti çaydan çıxarılıb.
Tarix
2025.01.30 / 14:33
|
Müəllif
Zeynəb Əkbər
|