Yuxarı

Bakıda hər min nəfərə 320 avtomobil düşür

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 20 ildə Azərbaycan üzrə əhalinin orta illik artım tempi 1% təşkil etdiyi halda, Bakı şəhərində və ətraf ərazilərdə bu göstərici 1,3% olub.

Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.

"Həmin dövr üzrə Bakı şəhərində hər 1000 nəfərə düşən avtomobillərin sayı 132-dən 320-dək artıb. Əhali sayının sürətli artımı şəhərin infrastrukturuna və xidmət sahələrinə, xüsusilə nəqliyyat sektoruna əlavə təzyiq göstərir.

Artan tələbat nəqliyyat sistemində yeni çağırışlar yaradıb, bunlara ictimai nəqliyyatın genişləndirilməsi, tıxacların azaldılması və ekoloji cəhətdən davamlı nəqliyyat həllərinin tətbiqi daxildir. Bununla belə, fərdi nəqliyyat vasitələrindən ictimai nəqliyyata və fərdi mobil nəqliyyat vasitələrinə keçid infrastrukturun inkişafından asılıdır. İnfrastrukturun təkmilləşdirilməsi məqsədilə 100 km-dən çox velosiped zolaqlarının inşası, sərnişinlərin ictimai nəqliyyat və digər nəqliyyat vasitələri ilə səyahət təcrübəsinin tam rəqəmsallaşdırılması planlaşdırılır", - proqramda deyilir.

Tarix
2025.01.30 / 20:27
Müəllif
Axar.az
Digər xəbərlər

Şok: İrəvanda azərbaycanlılar "Qarabağ" oxudu - Video

Ərdoğan “Zəngəzura bu ölkə mane olur” demişdi: ancaq 4 ölkədir

Azərbaycan-İsrail əlaqələri müzakirə edildi

Bu, Azərbaycana qarşı şantajdır: rədd edirik! - XİN

Rubio bu ölkəyə tələblə gedir: ABŞ gücə al ata bilər!

İrəvan Bakının layihəsinə qoşulmaq istəyir

Bakı ilə bunu həyata keçirmək niyyətindəyik - Paşinyan

Maskın şirkətində Süleyman Kərimovun da payı var imiş

Milyard dollarlıq layihə: Soydaşlarımızın yaşadığı bu kəndlər...

SSRİ arxivindən sənəd: Zəngəzur yolu kimindir? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla