Yuxarı

Zelenski Ukraynanı dilənçiyə çevirib: vulqar sözləri ilə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Slovakiyanın Baş naziri Robert Fitso ilə baş tutmayan görüşün protokolları göstərir ki, Ukrayna Prezidenti Vladimir Zelenski və onu dəstəkləyənlər çıxılmaz vəziyyətdədir. Zelenski atdığı bütün addımların, bütövlükdə hər şeyin uğursuzluğa düçar olduğunu anlayır.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu serbiyalı diplomat Branko Brankoviç deyib.

O bildirib ki, Fitso ilə baş tutmayan görüşün protokollarını dərc etməklə Zelenski böyük miqyasda diplomatik qalmaqal yaradıb. Çünki ciddi dövlətlər və onların rəhbərləri bu cür addım atmırlar:

“Zelenski Ukraynanı ABŞ və Qərbi Avropa siyasətinin dilənçisinə çevirib. Öz vulqar söz ehtiyatı və davranışları ilə ölkənin səviyyəsini aşağı salıb. O, bir daha sübut edir ki, hakimiyyətə zorla gətirilib və heç də xalqın istədiyi lider deyil. Onu nəinki ikinci dərəcəli, ümumiyyətlə, siyasətçi adlandırmaq doğru olmaz. O, daha çox xarici kapitalın və NATO-nun əlində oyuncağa çevrilən sirk ifaçısıdır. Amma Zelenski və onun tərəfdarlarının bu siyasəti nəticə vermədi. Qərb artıq nə Rusiya ilə qarşıdurma, nə də Ukraynada müharibə istəyir. Çünki onlar iqtisadi cəhətdən çox aşağı vəziyyətə düşüblər. Qərb enerji ehtiyatlarını nə qədər şaxələndirsə də, onları bərpa edə bilmir. AB-də iqtisadi vəziyyətin pis olması üzv dövlətlərin Minsk razılaşmasını yerinə yetirməməsinin nəticəsidir. Bunu Almaniyanın keçmiş kansleri Angela Merkel də açıq şəkildə etiraf edib”.

Qeyd edək ki, Slovakiyanın Baş naziri Robert Fitso Zelenskinin ona baş tutmayan görüşün protokollarını göndərdiyini açıqlayıb. O bildirib ki, görüşün protokolunda Ukrayna üçün edilə biləcək hər şey, o cümlədən NATO üzvlüyünə dəstək məsələsi əks olunub.

Xatırladaq ki, Fitso Zelenskiyə Davosda Dünya İqtisadi Forumu çərçivəsində görüşməyi təklif edib. Zelenski isə görüşdən çəkinərək qaz tranziti ilə bağlı qərarını dəyişmək niyyətində olmadığını açıqlayıb.

Tarix
2025.01.31 / 01:23
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan mediası Şeyxi niyə hədəfə alıb? – Ekspert

İsrail hücumu: bir neçə təyyarə Bakıya eniş etdi

İsrail hücumu: SEPAH komandiri də öldürüldü

Azərbaycanın Ermənistana ödənişi iki dəfə artdı

Danışıqlar dalana dirənir: Tramp hücuma razılıq verdi?

İrana hücuma yol açan iki mühüm hadisə: Əgər zərbə olarsa…

Fələstin məsələsində bu ölkə ilə ortaq mövqeyə sahibik

Paşinyan Türkiyəyə gedir

Rusiyada hər şey çökür, yalnız bu biznes sürətlə inkişaf edir

Rəsmi Bakı Hindistana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla