Yuxarı

Paşinyan Bakı ilə sülh müqaviləsi imzalamasa... - Akopyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan Bakı ilə sülh müqaviləsi imzalamasa... - Akopyan

Paşinyan son açıqlamaları ilə əvvəlki çıxışlarını yumşaltmağa və mənfi təəssüratları azaltmağa çalışır.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni ekspert Vigen Akopyan deyib.

“Cəmiyyətdə bir çox məsələlərdə böyük narazılıq dalğası toplanıb. Odur ki, yaranmış gərginliyi birtəhər neytrallaşdırmaq lazımdır. Ancaq Paşinyan indi dediyi sözlərin cəmiyyət tərəfindən ciddi qəbul olunduğunu düşünürsə, yanılır. Çünki onun reytinqi davamlı olaraq aşağı düşür. Hakim qüvvə 2018-ci ildən bəri 8 dəfə aşağı düşmüş reytinqindən xəbərdardır. Ona görə də hakimiyyət 2026-cı il parlament seçkilərində nəticə əldə etmək üçün hər yola əl atır. Amma əgər Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamağa nail ola bilməsə, o zaman növbədənkənar seçkilərə getmək mənasız olacaq. Müasir şəraitdə ictimai narazılıq güclü müqavimət dalğasına çevrilə bilər. Müəyyən bir kütlə var ki, onlara səbəb, format, platforma və lider lazımdır”, – deyə Akopyan vurğulayıb.

Tarix
2025.01.31 / 20:39
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla