Yuxarı

Erməni xisləti: Pula görə arvad-uşağına qarşı savaşa girdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni xisləti: Pula görə arvad-uşağına qarşı savaşa girdi

Moskvadakı “Al yelkənlər” yaşayış kompleksində "dxr"in “boks federasiyasının prezidenti”, “Arbat” batalyonunun yaradıcısı Armen Sərkisyanın sui-qəsd nəticəsində öldürülməsindən sonra erməni mətbuatında Ukraynaya xəyanət edən ermənilər haqqında maraqlı faktlar dərc olunur.

Axar.az xəbər verir ki, ekspert Areq Marqaryan Rusiya ordusunun tərkibində Ukraynaya qarşı döyüşən Ayk Sərkisyan haqqında yazıb.

Bildirilib ki, Ermənistanda doğulan Ayk Sərkisyan uzun illər Ukraynada yaşayıb, ukraynalı xanımla ailə qurub, övladları var. Rusiyanın 2022-ci ildə irimiqyaslı hücumundan sonra Sərkisyan vətəndaşı olduğu ölkəni, arvadı və qızını ataraq, müharibəyə getməmək üçün Ermənistana qaçıb.

Bir müddət Ermənistanda yaşlı valideynləri ilə birlikdə yaşayan Sərkisyan daha sonra Rusiyanın müharibə üçün muzdlulara külli miqdarda pul ödədiyini öyrənib və Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya gedib. O, burada böyük pullar müqabilində Ukraynaya qarşı döyüşən xarici muzdlular dəstəsinə qoşulub.

Sərkisyan özü bu barədə etiraf edib: “Həyat yoldaşım və qızıma qarşı əclaf addım atdığımı başa düşürəm. Amma mən belə imkanı əldən verə bilməzdim. Müqaviləm 6 aylıq idi və başa çatanda bank kartıma böyük məbləğdə pul köçdü. Özümə maşın alıb Ermənistana qayıtdım, borclarımı ödədim, maliyyə məsələləri ilə bağlı olan problemlərimi həll etdim, valideynlərimin səhhəti ilə məşğul oldum”.

Tarix
2025.02.06 / 11:50
Müəllif
Axar.az
Digər xəbərlər

Davosda Zelenski və Tramp arasında görüş keçirildi

İlham Əliyevin adından saxta açıqlama yayıldı

Əliyevlə Tramp Davosda görüşdü - Foto

Prezident Davosda mühüm tədbirdə iştirak etdi - Foto

İlham Əliyev Davosda bu sənədi imzaladı - Video

Yaxın zamanda daha bir münaqişəni həll edəcəyik

Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır

Bayramov NATO Baş katibinin müavini ilə görüşdü - Foto

Qrenlandiya məsələsi çözüldü - Tramp buna nail oldu

Moskvadakı səfirimiz Rusiya MN-ə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla