Yuxarı

Moskvanın məxfi hesabatı sızdı: Rusiya postsovet ölkələrini...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvanın məxfi hesabatı sızdı: Rusiya postsovet ölkələrini...

Rusiyalı siyasətçilər hesab edirlər ki, Qərbin təzyiqləri Moskvanın keçmiş sovet respublikalarını öz orbitinə cəlb etmək səylərinə maneə yaradır.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə məlumatı “Faynənşl Tayms” Rusiya hökumətinin sızdırılmış hesabatına əsasən yayıb.

Məlumata görə, sızdırılan sənəd Baş nazir Mixail Mişustinin rəhbərliyi ilə ötən ilin aprelində hazırlanıb və Ukrayna müharibəsinin Rusiyaya necə zərər vurduğunu əks etdirir. Hesabatda qeyd edilir ki, Qərb sanksiyaları Moskva ilə yaxın ticarət tərəfdaşları arasında münasibətləri pozub.

Məqalədə sənədin hazırlanmasında Rusiya məmurları ilə yanaşı dövlət şirkətlərinin top menecerləri, ekspertlər - Sergey Karaqanov və Aleksandr Duginin də iştirak etdiyi bildirilib.

Sənəddə qeyd edilir ki, Qərb Mərkəzi Asiya ölkələrini uğurla təhdid edərək, onları sanksiyalara əməl etməyə vadar edir və əvəzində nəqliyyat dəhlizləri və Moskvadan yan keçən tədarük zəncirinə qoşulmağı təklif edir.

“Mərkəzi Asiya ölkələri Rusiyanın həssaslığından istifadə edirlər və Türk Dövlətləri Təşkilatı kimi qruplara Rusiyasız inteqrasiya etməyə cəhd göstərirlər. Ölkələr öz dünyagörüşlərini, kollektiv tariximizə baxışlarını dəyişiblər, ingilis dilini rus dili yerinə ikinci dil kimi irəli sürüblər. Qərb təhsil sisteminə keçib, öz elitalarını Qərbdə təhsilə göndəriblər”, - deyə sızdırılmış hesabatda qeyd edilib.

Tarix
2025.02.10 / 17:44
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev və Paşinyanın bir araya gəlməsi... - Senator

Hikmət Hacıyev İran səfiri ilə nələri müzakirə etdi?

Biz Bakı ilə real nəticələr əldə etmək istəyirik - Orr

Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı

TRİPP Bakı və İrəvan arasında sülh sazişinin lövbəridir - Rubio

Əfqanıstan baş naziri İlham Əliyevi təbrik etdi

Pezeşkiandan Əliyevə: Dil, din, tarix ortaqlığı...

Şahabuddin İlham Əliyevi təbrik etdi

İƏT baş katibi İlham Əliyevə təbrik məktubu ünvanladı

BTQ istismara verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla