Yuxarı

Heç kəs gözləmirdi ki, Putin bu qədər dözə biləcək - FP

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heç kəs gözləmirdi ki, Putin bu qədər dözə biləcək - FP

Ukraynada tammiqyaslı müharibə üç ilə yaxındır ki, davam edir. Hər iki tərəfdən böyük itkilərə baxmayaraq, Kiyev və Moskva təslim olmaq fikrində deyil. Bu onu deməyə əsas verir ki, sülh danışıqları çətin ki, hərbi əməliyyatların tam dayandırılmasına gətirib çıxarsın.

Axar.az xəbər verir ki, bu barədə “Foreign Policy” nəşrində yayımlanan məqalədə deyilir.

Nəşr xatırladıb ki, 2014-cü ildə Ukraynanın müttəfiqləri Rusiya ilə müharibənin qarşısını ala biləcəklərinə ümid edirdilər. Lakin Minsk razılaşmaları Rusiya diktatoru Vladimir Putinin 2022-ci ildə Ukraynanı işğal etmək qərarına gəlməsinə səbəb oldu.

“Bugünkü diplomatiya həqiqəti qəbul etməli olacaq. İqtisadi çətinliklər və hərbi yorğunluq əlamətlərinə baxmayaraq, Rusiya siyasi cəhətdən sabit və hərbi cəhətdən dayanıqlı olaraq qalır. Bu baxımdan Ukraynada müharibəni tez bir zamanda bitirəcəyinə söz verən ABŞ Prezidenti Donald Tramp bir sıra problemlərlə üzləşib. Problemlərdən biri odur ki, Ukraynanın öz silahlı qüvvələri, öz müdafiə sənayesi və Avropa ölkələrinin köməyi olduğu üçün Kiyev onun əmrlərinə mütləq əməl etməyəcək.

Bununla belə, uğurlu danışıqlara əsas maneə Rusiyanın özüdür. Məsələ burasındadır ki, Putin müharibəni çoxlarının gözlədiyindən də uzun davam etdirə bildi. Rusiyanın belə şəraitdə sağ qala bilməsi onu Ukraynanı işğal etməyin məntiqli olduğuna inandırdı”, - deyə bildirilib.

Tarix
2025.02.12 / 09:08
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

ABŞ səfirliyi: "Qarabağ"ın möhtəşəm qələbəsi...

Prezident 3 gündə kimlərlə görüşdü?

Zəngəzur dəhlizindən heyrətamiz görüntülər - Video

İlham Əliyevlə Paşinyan Davosda görüşdü - Foto

Fransina Armenqol Sosias Azərbaycana gəldi

Əliyevin Davos səfəri ilə bağlı daha bir paylaşım - Video

Elçin Əmirbəyov Şekerinska ilə sülh prosesini müzakirə etdi

Prezidentin İsveçrə səfəri ilə bağlı görüntülər paylaşıldı - Video

Davosda Zelenski və Tramp arasında görüş keçirildi

İlham Əliyevin adından saxta açıqlama yayıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla