Yuxarı

ABŞ-da alınmadı, dərhal Makronla görüşdü... - Solonnikov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-da alınmadı, dərhal Makronla görüşdü... - Solonnikov

USAİD ləğv edildikdən sonra Ermənistan başqa maliyyə mənbələri axtarmalıdır. Paşinyanın hökumət maliyyəsi əhəmiyyətli dərəcədə kəsilir və onun ABŞ-dan dəstəyi təhlükə altındadır. O, bu problemlərini həll etməsə, gələcəkdə Ermənistanda başqası hakimiyyətə gələ bilər.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Solonnikov “Moskva-Bakı”ya müsahibəsində Paşinyanın ABŞ və Fransaya səfərini şərh edərkən deyib.

“ABŞ-da hakimiyyətə gələn Tramp Amerika büdcəsini mənimsəyən, müxtəlif ölkələrin müxtəlif rejimlərinə maliyyə göndərən strukturlarda korrupsiyaya qarşı mübarizə aparmağa başladı. Tramp yalnız ABŞ-ın konkret ölkə ilə qarşılıqlı əlaqədən hansı fayda əldə edəcəyi və bu ölkənin ABŞ-a nə verə biləcəyi ilə maraqlanır. Ermənistanın baş naziri ABŞ-a gələrək, “bizə kömək edin, biz çox yaxşıyıq” deyərək, maliyyənin davamlı olmasını istəsə, Tramp administrasiyasına maraqlı olmayacaq. Paşinyan kuratorlarından birini satsaydı və korrupsiya sxemlərindən danışsaydı, o zaman Tramp administrasiyası ilə razılığa gələ bilərdi. Bunu etməyibsə, o, açıq-aydın heç nəyə nail olmayıb. Ermənistan mətbuatında yayılan məlumatlara əsasən, Paşinyan heç bir məqsədinə nail olmadan Ermənistana qayıdıb və nəticədə o, ABŞ-da özünü düzgün aparmayıb. Görünür, Paşinyanın Trampa yanaşması o qədər də uğur qazanmayıb və Makronla danışıqlara gedib, çünki İrəvan hesab edir ki, Ermənistan hakimiyyətini dəstəkləməklə yaranan maliyyə boşluqlarını kimsə doldurmalıdır. Paşinyan ancaq Makrona arxalana və ondan daha çox pul və silah istəyə bilər. Bunun müqabilində o, bölgədə Fransanın daha çox iştirakını təklif edəcək”, - o bildirib.

Tarix
2025.02.12 / 12:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla