Yuxarı

Qəzza Türkiyə muxtariyyəti olmalıdır - Davudoğlu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin dövləti qurulana qədər Qəzza sektoru Türkiyə Respublikasına muxtar bölgə olaraq bağlanmalıdır.

Axar.az xəbər verir ki, bunu Türkiyənin sabiq baş naziri, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu deyib.

“ABŞ Prezidenti Donald Tramp “Qəzzanı satın almırıq, əldə edəcəyik” deyir. Tramp bunu deyəndə təkcə Qəzza zolağını nəzərdə tutmur. Qəzzanın ümumi sahəsi 309 kvadrat kilometrdir, lakin o qısa zolağın dənizə çıxışı var, Kiprlə Misirin arasında strateji mövqedə yerləşir, orada təbii qaz yataqları var. Onların məqsədi Fələstin xalqının haqqı olan bu yataqları ələ keçirməkdir. Bunun fərqində olmalıyıq. Osmanlı İmperiyasına tabe olan bir türk kimi Trampa deyirəm: Qəzzalıların son qanuni dövləti Osmanlı İmperiyası idi. Daha sonra Britaniya mandatı quruldu və vətəndaşlıq vermədi. İsrail artıq qeyri-legitimdir və heç vaxt vətəndaşlıq verməyib. Osmanlı İmperatorluğunun qanuni davamçısı Türkiyə Cümhuriyyəti olaraq Qəzza xalqı bizim təbii tarix vətəndaşımız kimi referendum keçirməlidir. Və Fələstin Dövləti qurulana qədər Türkiyə Respublikasına muxtar bölgə olaraq bağlanmalıdırlar”, - partiya sədri əlavə edib.

Tarix
2025.02.12 / 14:21
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Somali ilə sıx dostluq münasibətlərində yeni səhifə...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama

Somali prezidenti Bakıda Zəfər parkını ziyarət etdi - Foto

Qorbaçovun Nobel mükafatının ləğvinə çağırış edildi

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Somali ilə imzalanmış sənədlərin mübadiləsi mərasimi... - Foto

Prezidentlərin təkbətək görüşü başladı

İlham Əliyev Somali prezidentini belə qarşıladı - Foto

Həmişə xalqıma bu sözləri demişəm - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla