Yuxarı

Dünyada qlobal hərbi xərclər 2,46 trilyon dollara çatdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il dünyada əvvəlki illərlə müqayisədə qlobal hərbi xərclər real ifadədə 7,4 faiz artaraq, 2,46 trilyon dollara çatıb.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) tərəfindən qlobal hərbi imkanların və müdafiə iqtisadiyyatının illik qiymətləndirilməsini özündə əks etdirən “Hərbi balans - 2025” adlı hesabatatda qeyd olunub.

Nəşrdə bunun səbəbinin Ukraynada davam edən müharibənin bütün dünyada hərbi xərclərə təsir etməsi göstərilir.

Hesabatda bu xərclərin qlobal Ümumi Daxili Məhsula (ÜDM) nisbətinin ötən il 1,94 faizə yüksəldiyi, 2022-ci ildə orta hesabla 1,59 faiz, 2023-cü ildə isə 1,80 faiz olduğu vurğulanıb.

Rusiyanın cəmi hərbi xərclərinin 145,9 milyard dollara çatdığınının əks olunduğu hesabatda bu ölkənin hərbi xərclərinin keçən il alıcılıq paritetinə görə 462 milyard dollara bərabər olduğu bildirilib.

Böyük Britaniya və Avropa Birliyi daxil olmaqla, Avropanın müdafiə büdcələrinin keçən il 11,7 faiz artaraq, 457 milyard dollara çatdığına diqqət çəkən nəşr Avropanın hərbi xərclərinin 2014-cü ilə nisbətən 10 illik dövr ərzində nominal olaraq 50 faiz artdığı qeyd olunub.

Həmçinin nəşrdə Almaniyanın müdafiə büdcəsinin keçən il 23 faiz artaraq 86 milyard dollara, 30 ildən çox müddətdə ilk dəfə İngiltərənin 81 milyard dollarlıq müdafiə büdcəsini keçdiyi əksini tapıb. Çinin isə hərbi xərclərinin keçən il 7 faiz artaraq, 235 milyard dollara çatdığı vurğulanıb.

Tarix
2025.02.12 / 20:45
Müəllif
Axar.az
Digər xəbərlər

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

Bayramov pakistanlı həmkarına zəng etdi

BƏƏ prezidenti İlham Əliyevə zəng etdi

Bayramov Meredovla Xəzəri müzakirə etdi

Azərbaycan və Estoniya konsulluq məsləhətləşmələri keçirdi

İlham Əliyevlə hər görüşümdə mənə bildirib ki... - Tatar

Heydər Əliyev siyasəti uğurlarımızın təminatıdır

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla