Yuxarı

Bəşər Əsəd Suriyadan belə qaçırılıb - Oğlu hər şeyi danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəşər Əsəd Suriyadan belə qaçırılıb - Oğlu hər şeyi danışdı

Bəşər Əsəd Suriyanı Rusiyadan gələn məmurla görüşdən sonra tərk edib.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Suriyanın keçmiş prezidenti Bəşər Əsədin oğlu Hafiz Əsəd deyib.

O qeyd edib ki, ailəsi Suriyanı tərk etmək fikrində olsaydı, bunu ya 2012-ci, ya da 2013-cü ildə Dəməşq mühasirədə olanda və mütəmadi olaraq bombalanarkən həyata keçirərdi.

Hafiz Əsədin sözlərinə görə, Rusiyadan həmin şəxs gələnə qədər prezident ailəsinin Suriyanı tərk etmək planı olmayıb, hər şey dekabrın 7-dən 8-nə keçən gecə dəyişib.

Bəşər Əsədin oğlu dissertasiyasını Moskvada müdafiə etdiyini, anası Əsmanın isə Moskvada müalicə aldığını diqqətə çatdırıb.

Hafiz Əsəd Dəməşq yaxınlığındakı atışmanın onları qorxutmadığını bildirib və bunu reallıq adlandırıb. Hafiz Əsəd ordunun Suriyanın paytaxtını müdafiə etməyə hazırlaşdığı barədə fikirlər səsləndirib:

“Hər şey gecə yarısından sonra dəyişdi. Bizim Al-Malkidə yerləşən evimizə rusiyalı məmur gəldi və hakimiyyət qüvvələrinin döyüşlərinə nəzarət etmək üçün bir neçə günlüyə Latakiaya köçməklə bağlı xahişi bizə çatdırdı. Dəməşqin Beynəlxalq Hava Limanında keçmiş prezidentin qardaşı Mahir Əsəd də onlara qoşuldu. Gecə saat üçdə onlar Rusiyaya məxsus hərbi təyyarədə bu ölkənin Xmeymimdəki hərbi bazasına aparıldı. Təyyarə eniş etdikdən sonra onlar prezidentin Bürc İslam rayonundakı iqamətgahına getməli idilər. Bu iqamətgah hava limanının 40 kilometrliyində yerləşir. Lakin sonradan iqamətgahla əlaqə yaratmaq cəhdləri uğursuz oldu, zənglərə cavab verən olmadı. Bu məqamda Bəşər Əsəd hərbçilərin döyüş meydanından geri çəkildiyi ilə bağlı məlumat aldı”.

Hafiz Əsəd vurğulayıb ki, gündüz saatlarında Xmeymim bazasındakı Rusiya komandanlığından ətraf ərazilərdəki vəziyyətin ciddiyyəti ilə bağlı məlumat alıblar:

“Onlar bizə bildirdilər ki, artıq bazanı tərk etmək mümkün deyil. Çünki terrorçular bütün ölkə boyunca yayılıb. Vəziyyət xaotik xarakter aldı və ölkənin hərbi rəhbərliyi ilə əlaqə kəsildi. Moskva ilə məsləhətləşmələrdən sonra bizə bildirdilər ki, Rusiyaya təxliyə edilməyimizlə bağlı sorğu göndərilib. Bir müddət keçdi və biz Moskvaya istiqamətlənən təyyarəyə əyləşdik, gecə saatlarında isə hava limanına (Moskvaya) eniş etdik”.

Tarix
2025.02.13 / 13:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu ölkə ilə diplomatik münasibətlər qurur

Prezidentin yeni vəzifə verdiyi Orxan Mürsəlov kimdir?

Ermənistan-Azərbaycan sərhədində yanğın

Prezidentin yeni başçılara 3 tapşırığı: hansı əməl etməsə...

Zəngəzur dəhlizinin tikintisi nə vaxt başlayacaq? - Paşinyan

Yeni başçı kollektivə təqdim olundu

Son görüşümdə Azərbaycana səfər etdim - Qriqoryan

Şəhidlərin nəşlərinin tapılma anı – Video

Ölkədə tarif güzəştləri genişləndiriləcək

Bu qazların emissiyalarının azaldılması ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla