Yuxarı

Zelenskinin imzalamadığı plan: Tramp Putinə deyəcəkdi ki…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenskinin imzalamadığı plan: Tramp Putinə deyəcəkdi ki…

Rusiyaya qarşı sanksiyaların yumşaldılması danışıqlar mövzusu ola bilər.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın maliyyə naziri Skott Bessent “Blumberq”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Vaşinqton Rusiyanın danışıqlara hazır olmasından asılı olaraq, sanksiyaları ya sərtləşdirə, ya da zəiflədə bilər.

O xatırladıb ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ Prezidenti Donald Trampın yanlış məlumatlandırılması (xüsusən də Zelenskinin reytinqi barədə) ilə bağlı son şərhləri uyğun deyil və ABŞ-Ukrayna münasibətlərini mürəkkəbləşdirib.

Nazir vurğulayıb ki, Zelenski Münhen Təhlükəsizlik Konfransından əvvəl onu Ukraynanın mineral ehtiyatlarına hüquqların ABŞ-a ötürülməsi ilə bağlı 500 milyard dollarlıq saziş imzalayacağına inandırıb, lakin bunu etməyib.

Bessent hesab edir ki, razılaşma Trampın müharibəni bitirmək üçün “zərif” planının əsasını qoyacaqdı:

“Ardıcıllıq belə olmalı idi: ukraynalıları iqtisadi əlaqələr vasitəsilə ABŞ-a yaxınlaşdırmaq, amerikalıları, Amerika ictimaiyyətini inandırmaq, onların dəstəyini almaq. Sonra ruslara dəqiq mesaj vermək: masaya oturun, əgər bizə lazım olsa, sanksiyaları gücləndirəcəyik”.

Tarix
2025.02.20 / 22:56
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla