Yuxarı

Rusiya 3 gün sonra qələbə elan edəcək...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya 3 gün sonra qələbə elan edəcək...

Rusiya Federasiyası genişmiqyaslı işğalın üçüncü ildönümündə - fevralın 24-də Ukraynaya qarşı müharibədə "qələbə" elan etməyə hazırlaşır.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

"Rusiya təbliğatçılarına müharibənin ildönümü üçün "qələbə" hekayələrini təbliğ etmək tapşırılıb.

Xüsusilə də Kremlin göstərişi ilə Rusiyanın təbliğat ordusu və xüsusi xidmət orqanları Ukrayna cəmiyyəti arasında ümidsizlik yaratmaq, dövlətimiz daxilində vəziyyətin sabitliyini pozmaq, işğalçılara qarşı mübarizədə təhlükəsizlik və müdafiə qüvvələrimizə mühüm hərbi yardım göstərən tərəfdaş dövlətlər arasında Ukraynanı nüfuzdan salmaq səylərini gücləndirir.

Rusiyanın informasiya hücumları ilə bağlı əsas şeylər arasında aşağıdakı uydurma bəyanatlar yayılır:

“Qərb Ukraynaya xəyanət edib”, “Avropalıların və ukraynalıların fikirlərinin nə Moskvaya, nə də Vaşinqtona dəxli var”, “ABŞ və Rusiya Ukraynanın arxasında hər şeydə razılığa gəliblər”, “Ukrayna hökuməti Ukraynada “qeyri-qanuni”dir, “Ukraynada qeyri-legitimlər” Amerikanın milyardlarla dollarlıq yardımını oğurlayırlar”, - məlumatda bildirilib.

Tarix
2025.02.21 / 14:41
Müəllif
Axar.az
Digər xəbərlər

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla