Yuxarı

Nazirin biznesmen qohumunu öldürüb meşəyə atdılar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirin biznesmen qohumunu öldürüb meşəyə atdılar

Türkiyənin Gənclik və İdman naziri Çağatay Kılıçın iş adamı olan əmisi oğlunu öldürüb meşəyə atıblar.

Lent.az xəbər verir ki, iş adamı Fatih Mehmet Kılıçın meyiti İstanbulda meşəlik ərazidə tapılıb. Polisin araşdırmasına görə, kürəyindən silahla vurulub öldürülən şəxs Türkiyənin gənclik və idman nazirinin yaxın qohumu olub. O, eyni zamanda Türkiyənin ABŞ-dakı səfirinin də qardaşı oğludur.

Məlum olub ki, iki uşaq atası biznesmen Fatih Kılıç 700 min türk lirəsinə (təxminən 350 min manat) ev almaq üçün tikinti sahibi ilə görüşməyə gedirmiş. Araşdırmalardan sonra məlum olub ki, öldürülən iş adamı İstanbulda bir ticarət mərkəzinin qarşısında inşaat işləri ilə məşğul olan 34 yaşlı Mətin Ü., və tikinti mühəndisi, 32 yaşlı Salim Ö. ilə görüşüb. Daha sonra hər üç şəxs avtomobilə minərək oradan uzaqlaşıb.

Kamera görüntülərindən ortaya çıxıb ki, meyit meşəlik əraziyə Metin Ü., adlı şəxsin maşınından atılıb. Biznesmeni tələyə salaraq öldürdükləri müəyyən edilən Metin adlı şəxs həbs edilib.

Polisdə cinayətin təfərrüatı da məlum olub. Belə ki, maşının arxa oturacağında əyləşən Salim Ö. öndə oturan Fatih Kılıçın kürəyindən tapançayla vurub öldürüb. Salim Ö. hazırda axtarışdadır.

Tarix
2016.05.21 / 12:11
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla