Yuxarı

Ukraynanın sərvəti şok etdi – Nələri varmış!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynanın sərvəti şok etdi – Nələri varmış!

ABŞ prezidentinin ölkəsi tərəfindən Ukraynaya xərclənən 500 milyard dolların müqabilində nadir torpaq metallarına sahib olmaq istəyi birmənalı qaşırlanmasa da, bu, qlobal siyasətdə qaydaların kəskin dəyişməsindən xəbər verir.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

O bildirib ki, 26 trilyon dollardan çox təbii ehtiyatlara malik olduğu təxmin edilən Ukrayna qlobal təchizat zəncirində mühüm aktorlardandır:

“Ölkə 116 növ faydalı ehtiyatları əhatə edən təxminən 20 min faydalı qazıntı yatağına sahibdir. Ukrayna titan, litium, berilyum, manqan, qallium, uran, qrafit, apatit, flüorit və nikel ilə zəngin ölkədir. Sadəcə bir faktı qeyd etmək lazımdır ki, Ukrayna Avropada ən böyük titan ehtiyatlarına, eləcə də litiumuna malik olnmaqla dünya rezervlərinin 7 faizini formalaşdırır.

Ukraynanın malik olduğu resurslar müdafiə, yüksək texnologiya, aerokosmik və yaşıl enerji kimi sənayelər üçün vacib hesab olunur. Eyni zamada, elektrikli nəqliyyat vasitələrinə və bərpa olunan enerji texnologiyalarına keçid nəticəsində bu resurslara qlobal tələbatın kəskin artacağı gözlənilir.

Son illər Qərb dövlətlərinin Ukrayanın malik olduğu resurslara marağı daha da yüksəlib. Rusiya-Ukrayna müharibəsindən öncə artıq Ukrayna ilə Avropa Birliyi arasında bu istiqamətdə razılaşmalar imzalanmışdı. 2021-ci ilin iyulunda imzalanmış Kritik Minerallar üzrə AB-Ukrayna Strateji Tərəfdaşlığı 10 əsas xammala yönəlmiş 100 layihəni reallaşdırmaqla bu mənbə hesabına Avropada mədən resurslarına tələbin tam ödənilməsini hədəfləyirdi.

Göründüyü kimi, böyük xammal ehtiyatlarına malik olan Ukrayna hər zaman birbaşa və ya dolayı olaraq qlobal aktorların diqqətində olub. Bu arada, zəngin ehtiyatlara malik olan Ukrayna BMT-nin tanıdığı ərazilərinin 80 faizindən azına nəzarət edir və minimum əmək haqqı cəmi 192 dollardır”.

Tarix
2025.02.26 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla