Yuxarı

Ankaradan cavab: İranın müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in sözçüsü Öncü Keçeli məlumat yayıb.

Keçeli bildirib ki, görüşdə ikitərəfli məsələlər müzakirə edilib və bəzi İran rəsmilərinin Türkiyəyə qarşı iddiaları gündəmə gətirilib:

“Biz hər bir halda xarici siyasət məsələlərinin daxili siyasət üçün material kimi istifadə edilməməsinin tərəfdarıyıq. Bu çərçivədə başqa bir ölkəyə verilməsi lazım olan kritik mesajları birbaşa onların ünvanına çatdırmağa üstünlük veririk. Bu gün də bu yolla getdik. İranla əlaqələrimizə böyük dəyər veririk. Türkiyə ilə İran arasında əlaqələrin gücləndirilməsi bizim üçün önəmlidir”.

Qeyd edək ki, daha əvvəl İran xarici işlər nazirinin müavini Mahmud Heydəri Türkiyə Cümhuriyyətinin Tehrandakı səfiri Hicabi Kırlanğıç ilə görüşüb.

Xatırladaq ki, Türkiyə xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə”yə müsahibəsində İranın bölgədə öz maraqları üçün çoxlu vəsait xərclədiyini vurğulayaraq, Suriyaya münasibətdə əvvəlki səhvlərin təkrarlanmaması gərəkdiyini bildirmişdi. Həmçinin İrana xatırlatmışdı ki, sizə daş atılmasını istəmirsinizsə, başqalarına atmayın. Bundan sonra İran XİN sözçüsü Bəqai Türkiyə XİN rəbərinin sözlərinə cavab xarakterli açıqlama yaymışdı.

Tarix
2025.03.04 / 16:38
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Hikmət Hacıyev Fələstin səfiri ilə görüşdü

XİN-dən Paşinyanın Naxçıvanla bağlı açıqlamasına cavab

Ombudsman Vardanyan və Arutyunyana baş çəkdi - Foto

Bir həftəyə Azərbaycana cavab verə bilərik - Simonyan

Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı yeni hiyləsi

İlham Əliyev gələn ay Pakistana gedəcək

Şahbaz Şərifdən Azərbaycanla bağlı tapşırıq

Meksika üçün Azərbaycan böyük imkanlar ölkəsidir - Səfir

Rusiya şirkəti AZAL təyyarəsinə görə sığorta ödənişi etdi

Ermənistan hazırdır, Azərbaycan niyə rədd edir? - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla