Yuxarı

Britaniyadan qəzəbli reaksiya – Vens dərhal geri çəkildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsahibədə mən son 20 il və daha çox müddətdə ABŞ-ın yanında cəsarətlə döyüşən Böyük Britaniya və ya Fransanın adını belə çəkməmişəm.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Foks Nyus”a müsahibəsində “30 və ya 40 ildir müharibə aparmayan hansısa təsadüfi ölkədən 20 000 hərbçi”nin Ukraynaya təhlükəsizlik təminatı verməyəcəyi barədə açıqlamasına Britaniyadan sərt reaksiya fonunda sosial şəbəkə hesabında yazıb.

“Ancaq etiraf edək ki, bir çox ölkə var ki, döyüş təcrübəsi və ya hərbi texnikası olmadan könüllü olaraq (fərdi qaydada və yaxud publik şəkildə) dəstək verirlər”, - o bildirib.

O vurğulayıb ki, onların (Britaniya və Fransa əsgərlərinin – red.) cəsarəti və şücaəti qlobal təhlükəsizliyin təmin edilməsinə, dəyərlərimizin qorunmasına və milli maraqlarımızın müdafiəsinə kömək edib:

“Biz Ukrayna üçün davamlı sülhün təmin edilməsinə dair müzakirələri irəli sürərkən milli maraqlarımızı və qlobal təhlükəsizliyimizi necə qoruyacağımıza baxışımızı təzələyəcəyik”.

Qeyd edək ki, Vens “Foks Nyus”a müsahibəsində təklif olunan mineral sövdələşmənin Birləşmiş Ştatlara Ukraynada iqtisadi maraq yaradacağı və beləliklə, Kiyev üçün 30 və ya 40 il ərzində müharibə aparmayan bəzi təsadüfi ölkədən gələn 20.000 əsgərdən daha yaxşı təhlükəsizlik zəmanəti olacağını bildirib.

Britaniya və Fransa siyasətçiləri isə “30-40 il müharibə aparmayan təsadüfi ölkə” deyərkən, Vensin onları qəsd etdiyini düşünərək, kəskin reaksiya veriblər və ABŞ-ın İraq və Əfqanıstan əməliyyatlarında döyüşdüklərini xatırladıblar.

Britaniya və Fransa siyasətçilərinin Vensin sözlərini bu cür qəbul etməsinin səbəbi Ukraynaya bu iki ölkənin sülhməramlı göndərməyə hazır olduğunu bəyan etməsidir.

Tarix
2025.03.05 / 00:51
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp və Putinin Avropanı şoka salan gizli sövdələşməsi...

Bunu Yevlaxa gedənlərdən soruşun! - Akopyan

Bayramov Zəngəzura görə ABŞ rəsmilərini qəbul etdi

Azərbaycanın məqsədi İran və İsrail arasında tərəf tutmaq deyil

İlham Əliyevin Qazaxıstana səfəri hazırlanır - Tokayev

FTX Azərbaycan vətəndaşını saxladı - Video

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

Çin Rusiyanı Moskoviyaya çevirir: 40%-ini alır – Xəritə

Prezident İmaməli Rəhmana məktub göndərdi

Azərbaycan XİN bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla