Yuxarı

Avtoritet savaşı: Azərbaycanlının bazası yandırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtoritet savaşı: Azərbaycanlının bazası yandırıldı

Rusiyanın Yekaterinburq şəhərində 4 saylı meyvə-tərəvəz bazası yandırılıb.

Lent.az-ın məlumatına görə, bu gün səhər 9 radələrində bazanın ərazisinə xüsusi təyinatlılar və çox sayda polis qüvvələri yeridilib.

Məlumata görə, bazanın əsas icarədarlarından olan Azər Piriyev hadisə yerindən qaçıb.

İlkin ehtimallara görə, 4 saylı baza qəsdən yandırılıb. Mənbənin dediyinə görə, hadisəylə bağlı 70-dən çox şəxs saxlanılıb. Hazırda onlar şəhər polis idarəsindədirlər.

Xatırladaq ki, adıgedən baza Ural regionunun ən böyük meyvə-tərəvəz bazası sayılır. Bu baza ətrafında isə illərdir qalmaqal səngimək bilmir. Ona sahib olmaq üçün qanuni oğru Rövşən Lənkəranskidən tutmuş yerli diaspor lideri Şahin Şıxlinskiyə qədər, bir çox nüfuzlu şəxslər mübarizə aparır.

Bazanı ələ keçirmək istəyənlər arasında Ded Xasan tərəfdarları olan kürd klanının da adı çəkilir.

Tarix
2016.05.25 / 10:49
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla