Yuxarı

11 azərbaycanlı jurnalist qara siyahıya düşdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
11 azərbaycanlı jurnalist qara siyahıya düşdü

Ukraynanın qalmaqallı "Mirotvorec" saytı ölkəyə girişi qadağan edilmiş 239 nəfər jurnalistin adını açıqlayıb. Siyahıda Azərbaycan KİV-də çalışan 11 nəfərin adı hallanıb.

ANS-in məlumatına görə, "Mirotvorec"in baş redakotoru Anton Geraşenko akreditasiya almış jurnalistlərin siyahısını açıqlayıb. O, Ukraynanın Daxili İşlər Naziri erməni əsilli Arsen Avakovun məsləhətçisidir. Açıqlanan siyahıda Azərbaycan, Avstriya, Yaponiya, Braziliya, İraq, Ermənistan və ərəb ölkələrindən olan ümumi 239 jurnalistin adı çəkilib.

DİN nazirinin köməkçisi tez-tez bənzər siyahıları təqdim edir. Belə hallar Qərb dövlətləri ilə yanaşı, ABŞ tərəfindən də tənqid edilib. ABŞ Dövlət Departamenti etirazını bildirdikdən sonra, mayın 13-ü saytın bağlanacağı xəbəri yayılıb. May ayının 15-i isə dövlət rəsmisi Georgiy Tuka "Mirotvorec" layihəsinin öz saytını bərpa etdiyini bildirib.

Sayt iddia edir ki, azərbaycanlı jurnalistlər "Luqansk Xalq Respublikası"na getdikləri üçün "qara siyahı"ya düşüb. Onların arasında ANS TV-nin Rusiya bürosunun müxbiri Aqşin Kişiyev də var.

Ukraynaya girişi qadağan edilmiş jurnalistlər:

1. Aqşin Kişiyev, ANS TV
2. Anar Həsənov, "Lider" TV
3. Musa İsmayılov, "İrs - Miras" jurnalı
4. Elzar Ağayev, "Azad Azərbaycan" teleradio şirkəti
5. Cahangir Məhərrəmov, "Respublika" qəzeti
6. Cahangir Hüseynov, "Azərbaycan xəbərləri" qəzeti
7. Şəhriyar İmambəyli, "Xəzər" TV
8. Zakir Musayev, "AzTV"
9. Fəridə Abdullayeva, "AzərTac"
10. Fərid Əkbərov, "Azəri-Press" informasiya agentliyi
11. Orxan Yolçuyev, Trend

Tarix
2016.05.26 / 09:36
Müəllif
Axar.az
Digər xəbərlər

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla