Yuxarı

Kreml atəşkəsdən bu bəhanə ilə imtina edəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kreml atəşkəsdən bu bəhanə ilə imtina edəcək

Kreml Ukrayna ordusunu nüfuzdan salmaq, Qərbin Ukraynaya dəstəyini zəiflətmək və ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə təklif etdiyi 30 günlük atəşkəs danışıqlarını pozmaq məqsədilə ukraynalı hərbçiləri Kursk vilayətində hərbi cinayətlər törətməkdə suçlayacaq.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

Ekspertlər qeyd edib ki, Putin, habelə Rusiya dövlət mediası və təbliğatçıları 2025-ci ilin fevral ayının sonundan etibarən Ukrayna hərbçilərini Kursk vilayətində dinc sakinlərin edam edilməsi və terrorçuluq da daxil olmaqla, hərbi cinayətlər törətməkdə daha davamlı ittiham etməyə başlayıblar.

Hesabatda Putinin bu hekayədən Ukraynada atəşkəsdən imtina etmək və döyüş meydanında Ukrayna hərbçiləri ilə qəddar rəftarı əsaslandırmaq üçün istifadə etmək niyyətində olduğu ehtimal edilir. Təhlilçilər 2024-cü ildə və 2025-ci ilin əvvəlində döyüş meydanında Ukrayna hərbi əsirlərinin edam edilməsi hallarının artdığını, bunun ehtimal ki, Rusiya hərbi komandanlığının əmri ilə baş verdiyini xatırladırlar. Həmçinin martın 13-də Suca şəhəri yaxınlığında Rusiya qoşunları tərəfindən Ukrayna hərbi əsirlərinin edam edilməsi barədə məlumatlar var.

Tarix
2025.03.16 / 10:45
Müəllif
Axar.az
Digər xəbərlər

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla