Yuxarı

Zelenski rədd etmişdi, Quterreş vasitəçi olmaq istəyir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski rədd etmişdi, Quterreş vasitəçi olmaq istəyir

BMT-nin Baş katibi Antonio Quterreş Ukrayna böhranının həllində vasitəçi olmağa hazırdır.

Axar.az xəbər verir ki, bu barədə baş katibin mətbuat katibinin müavini Fərhan Haq bildirib.

Onun sözlərinə görə, Quterreş hələlik danışıqlar prosesində iştirak edən tərəflərlə əlaqə saxlamayıb, lakin onların razılığını gözləyir.

“Son vaxtlar heç bir zəng olmayıb, lakin baş katib müxtəlif nümayəndələrə açıq şəkildə bildirib ki, əgər tərəflər (sülh prosesində) bunu məqsədəuyğun saysalar, BMT vasitəçilik xidmətlərini göstərməyə hazırdır. Quterreş keçmişdə Moskva və Kiyev arasında vasitəçi kimi çıxış edib, məsələn, Qara dəniz taxıl təşəbbüsü çərçivəsində. Əgər şərait imkan versə, o, bunu yenidən etmək istərdi”, – Fərhan Haq əlavə edib.

Qeyd edək ki, ötən ilin oktyabrında BMT Baş katibi Antonio Quterreş Kazanda keçirilən BRİKS sammitində iştirak etdiyi üçün Ukrayna Prezidenti Vladimir Zelenski onun Kiyevə səfərini rədd etmişdi.

Tarix
2025.03.20 / 23:32
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla