Yuxarı

Fransa Ukraynaya 5 milyard yardımın ayrılmasını blokladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransa Ukraynaya 5 milyard yardımın ayrılmasını blokladı

Fransa və İtaliya Ukraynaya beş milyard avro həcmində yardımı bloklayıb.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” Avropa diplomatlarına istinadən məlumat yayıb.

Agentliyin mənbələri bildiriblər ki, martın 20-də Brüsseldə toplaşan 27 AB ölkəsinin əksəriyyəti Kiyevə hərbi yardım ayırmaq təşəbbüsünü dəstəkləsə də, Fransa və İtaliya qərarı gecikdirməkdə maraqlı görünür.

İtaliyalı diplomatların sözlərinə görə, Roma daha çox texniki və maliyyə detalları tələb edir və hesab edir ki, təşəbbüs hələ də işlənib hazırlanma mərhələsindədir. Fransız diplomatlar isə bildiriblər ki, onlar bu təşəbbüsün məqsədlərini bölüşsələr də, prioritetlərinin G7 qrupu çərçivəsində Kiyevə ayrılan 18 milyard dollarlıq kreditin reallaşdırılması olduğunu düşünürlər.

Agentliyin Moskvadakı mənbələrinin sözlərinə görə, Rusiya Kiyevə bütün silah tədarükünün tamamilə dayandırılmasını istəyir, lakin minimal hədəf olaraq ABŞ-ın Ukraynaya yardımı dayandırmasını qəbul edə bilər. Bununla yanaşı, Avropa rəsmiləri Brüsselin istənilən sülh sazişi çərçivəsində Kiyevə silah tədarükünü dayandırmaq tələbi ilə razılaşmaqda çətinlik çəkəcəyini bildiriblər.

Tarix
2025.03.21 / 19:47
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla