Yuxarı

Paşinyan jurnalistin sualına sərt reaksiya verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan jurnalistin sualına sərt reaksiya verdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün İctimai Televiziyaya verdiyi müsahibəsində Qarabağ məsələsi və ölkəsinin son illərdəki siyasi kursu ilə da danışıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, müsahibənin gedişində jurnalistin “Bu o deməkdir ki, siz güzəştə gedirsiniz?” sualı Nikolu özündən çıxardıb. O, bu suala sərt reaksiya göstərib. Paşinyan Ermənistanın heç nədə güzəştə getmədiyini iddia edib.

“Bir dəqiqə, bir dəqiqə… Siz hansı güzəştlərdən danışırsınız? Biz nədə güzəştə getmişik? Heç nədə! Qarabağ məsələsi… Dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımayıbmı? Yaxud Kirants–Əskipara məsələsi… Biz nəyi güzəştə getmişik? Heç nəyi. Elə "real Ermənistan" tezisimiz də bunun üzərində qurulub", - Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, Ermənistanın son illərdə yaşadığı itkiləri inkar etmir, lakin bununla yanaşı, bəzi əhəmiyyətli qazanc və dərslər də əldə edib. Onun fikrincə, əvvəlki illərdə – o hakimiyyətə gəlməzdən öncə – ölkə suverenliyini, dövlətçiliyini və müstəqilliyini əldən verirdi:

"Bəli, itkilərimiz oldu. Mən uzun müddət düşündüm, niyə bizim oğullarımız həlak oldu? Mən bu sualın cavabını çox götür-qoy etdim və belə nəticəyə gəldim: onlar bizim müstəqilliyimiz uğrunda şəhid oldular".

Tarix
2025.03.22 / 01:39
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla