Yuxarı

Rusiya Ağ Evə təsir edə bildi – Zelenskidən etiraf

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Ağ Evə təsir edə bildi – Zelenskidən etiraf

Rusiya Trampın komandasındakı bəzi insanlara təsir göstərə bilib.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “Taym” jurnalına müsahibəsində deyib.

O, Rusiya Prezidenti Vladimir Putinin Kurskda minlərlə ukraynalı əsgərin mühasirəyə alınması ilə bağlı iddiasını bir daha təkzib edib və bunu yalan adlandırıb. Bununla belə, o, Rusiyanın bu cür dezinformasiya ilə ABŞ rəsmilərinə təsir göstərdiyini vurğulayıb.

Zelenski Ukrayna ordusunun Kursk vilayətindən çıxarılmasının ABŞ-ın hərbi yardımını dayandırması ilə bağlı olmadığını da qeyd edib:

“Məni səhv başa düşməyin. Döyüş vəziyyəti həmişə tərəfdaşlarınızın sizi dəstəkləyib-dəstəkləməməsindən asılıdır. Amma mən deməzdim ki, yardımın dondurulması Kursk vilayətindəki əməliyyata təsir edib”.

Qeyd edək ki, ABŞ 4 martdan 11 marta qədər Ukraynaya hərbi yardımı və kəşfiyyat məlumatlarının ötürülməsini tam dayandırmışdı.

Tarix
2025.03.24 / 23:27
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

Azərbaycandan benzin idxalı: İrəvan 2,6 milyon qənaət edəcək

Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi

Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi

AMEA-da yeni təyinatlar oldu

Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar

Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma

Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Azərbaycanda bu vəzifələr ləğv olundu

Ölkədə bu şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla