Artıq ermənilərin bizim musiqilərimizi, xalq
mahnılarımızı, yeməklərimizi özününküləşdirməsinə bir növ adət
etmişik. Dünyanın bir sıra ölkələrində öz güclü lobbisindən
istifadə edən ermənilər dəfələrlə "Sarı gəlin", "Bayatılar" və
digər mahnıları ifa etməklə yanaşı, bu mahnıları erməni
bəstəkarlarının əsərləri kimi qələmə verirlər. Bu dəfə isə
ermənilər Gürcüstanda milli musiqi alətimiz olan kamançanı
özəlləşdiriblər...
ANS-in
məlumatına görə, Tiflisin mərkəzindəki Meydan bazarı adlanan
ərazidə keçirdikləri Sayat Nova bayramına toplaşan ermənilər burada
guya öz musiqi mədəniyyətlərini nümayiş etdirirlər.
Səsləndirilən musiqilərə bir qədər sonra qayıdacam. Bir neçə
kəlmə ilə Sayat Nova haqqında deyim. 18-ci əsrdə Tiflisdə yaşamış
bu şəxs Azərbaycan, gürcü, fars və erməni dilində şeirlər yazır,
mahnılar bəstələyir. Tiflisin meydan ərazisində soydaşlarımızla bir
arada yaşayan şair Azərbaycanın, azərbaycanlıların vurğunu olur.
Bunu ermənilər özləri də təsdiq edir.
"Bugünkü bayram Qafqaz sevgisinin simvoludur. Bu, gürcülərin
ermənilərə, ermənilərin azərbaycanlılara olan sevgisinin
simvoludur", - "Vrastan" qəzetinin Baş redaktoru Van Bayburt
dedi.
Sayat Nova ermənilərə hər şeydən əvvəl kamançanı erməni milli
musiqi aləti kimi təqdim etmək üçün bir vasitədir deyə bilərik.
Bəli, Tiflis erməniləri İrəvandan dəvət etdikləri Sayat Nova
musiqi qrupunun ifasında kamança və tarın sədaları altında bu
alətləri Tiflislilərə və şəhərin qonaqlarına erməni mədəniyyətinin
nümunələri kimi göstərməyə çalışdılar.
Tar-kamandan savayı tədbir boyunca ifa olunan bütün mahnıların
ilk notundaca bu nəğmələrin Azərbaycan xalq musiqisinin nümunələri
əsasında ərsəyə gəldiyini, hətta müəyyən hissələrinin tam eynilik
təşkil etdiyini açıq aşkar duymaq olurdu.
Tiflis əhalisinin 5%-ni təşkil edən ermənilərin özünün olmayan
bir şeyi özünküləşdirmək bacarığı İrəvanla sıx əlaqələri və təbii
ki, sahib olduqları xislətdən irəli gəlir. Və əslində bunu anlayan
gürcülər də yetərincədi.