Yuxarı

Ermənistanda seçki: Namizəd oğurlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanda seçki: Namizəd oğurlandı

Ermənistanda mülki geyimli naməlum şəxslər “Bizim şəhər” seçki blokundan Gümrü Ağsaqqallar Şurasının üzvlüyünə namizəd Anait Xalatyanı qaçırıblar.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə “Bizim şəhər” blokundan Gümrü merliyinə namizəd, Ermənistan parlamentinin (“Şərəfim var” fraksiyası) deputatı Martun Qriqoryan bildirib.

Bundan əvvəl blok Xalatyanı mülki geyimli naməlum şəxslərin qaçırdığını bəyan edib. Hadisə ilə bağlı seçki bloku hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb.

"Bu hərəkətlər bizə qarşı yönəlib. Bəzi seçki məntəqələrində 8 nömrəli (blokun təyin olunduğu) zərflərin olmaması barədə də məlumat alırıq", - Qriqoryan deyib.

O, seçki komissiyasının üzvlərini buna daha ciddi nəzarət etməyə və seçkilərdə iştirak edən bütün siyasi qüvvələrin əks olunduğu zərflərin məntəqələrdə olmasını təmin etməyə çağırıb.

Qeyd edək ki, martın 30-da Gümrü və Parakarda Ağsaqqallar Şurasına növbədənkənar seçkilər keçirilir. Gümrüdə keçirilən seçkilərdə altı partiya və üç blok iştirak edir.

Tarix
2025.03.30 / 17:31
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla