Yuxarı

Zalujnı prezident seçkilərinə qatılacaq? - Özü açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zalujnı prezident seçkilərinə qatılacaq? - Özü açıqladı

Ukraynanın Böyük Britaniyadakı səfiri, Silahlı Qüvvələrin sabiq baş komandanı Valeri Zalujnının seçkilərdə iştirak edib-etməyəcəyi hələ də əsas qeyri-müəyyənlik faktoru olaraq qalır. Keçmiş baş komandan isə Kiyevin siyasi dairələrindən gələn çoxsaylı emissarlarla söhbətlərində vəziyyəti aydınlaşdırmağa tələsmir.

Axar.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna”nın "Seçkilər, Tramp və atəşkəs. Hakimiyyət və müxalifət nədən qorxur və nəyə hazırlaşır" adlı məqaləsində bildirilib.

“Qəti mövqenin olmaması həmişə şayiələrə səbəb olur. Zalujnı ilə bağlı da müxtəlif fikirlər səsləndirilir: bəzi mənbələr onun prezident seçkilərində iştirak edəcəyini, digərləri isə onun Vladimir Zelenskinin siyasi partiyasının lideri kimi Rada seçkilərinə qatılacağını iddia edir. Üçüncü bir fikir isə ondan ibarətdir ki, Zalujnı son reytinqlər səbəbindən ümumiyyətlə seçkilərdə iştirak etməyəcək.

Zalujnı onun Zelenskinin partiyası ilə seçkilərə qatılacağı və ya ümumiyyətlə seçkilərdə iştirak etməmək qərarı verdiyi barədə yayılan şayiələrə münasibət bildirməsi üçün müraciətinə belə cavab verib:

"Bu mövzuda cavabım dəyişməyib. Müharibə davam etdiyi müddətdə bizim əsas vəzifəmiz ölkəni qorumaq üçün çalışmaqdır, seçkiləri düşünmək yox. Mən müxtəlif şayiələri şərh etmirəm".

Tarix
2025.04.01 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla