Yuxarı

Vuçiç: Onlar Putinlə gizli danışıqlar aparır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vuçiç: Onlar Putinlə gizli danışıqlar aparır

Serbiya Prezidenti Aleksandar Vuçiç Rusiya lideri Vladimir Putinlə 2021-ci ildən bəri görüşmədiyini, lakin onunla gizli əlaqə saxlayan ən azı iki dünya liderini tanıdığını bildirib.

Axar.az xəbər verir ki, Vuçiç bu barədə bloger Mario Naufalla müsahibəsində deyib.

Blogerin bu şəxslərin 2024-cü ildə Putinlə görüşən Viktor Orban və Robert Fitso olub-olmaması ilə bağlı sualına Vuçiç “yox” cavabını verib.

Vuçiçin sözlərinə görə, Putini üç il yarımdır görmür və bu müddət ərzində ilk dəfə onu mayın 9-da Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd olunması şərəfinə Moskvada keçiriləcək tədbirdə görəcək.

Qeyd edək ki, Serbiya Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatı pisləsə də, Rusiya əleyhinə sanksiyalara qoşulmayıb.

Tarix
2025.04.02 / 10:43
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla