Yuxarı

İsrail Suriyanı vurdu: Rəsmi Dəməşqdən sərt reaksiya...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail Suriyanı vurdu: Rəsmi Dəməşqdən sərt reaksiya...

İsrailin ölkə daxilinə endirdiyi ölümcül hava zərbələri Suriyanın suverenliyinin kobud şəkildə pozulması deməkdir.

Axar.az xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

“İsrail qüvvələri beynəlxalq hüququ və Suriyanın suverenliyini açıq-aşkar pozaraq, ölkənin 5 məntəqəsinə hava zərbələri endirib. Bu əsassız eskalasiya Suriyada sabitliyi pozmaq üçün məqsədyönlü cəhddir”, - məlumatda vurğulanıb.

Qeyd edilib ki, zərbələr Həma əyalətindəki hərbi hava limanının tamamilə dağıdılması ilə nəticələnib, onlarla mülki şəxs və hərbçi yaralanıb, 10 nəfər həlak olub.

Suriya XİN zərbələrin ölkənin 14 illik müharibədən sonra yenidən qurulmağa çalışıldığı bir vaxtda baş verdiyini vurğulayıb və bunu “ölkə daxilində zorakılığı adiləşdirmək strategiyası” adlandırıb.

İsrail Müdafiə Nazirliyinin açıqlamasına görə, bir neçə silahlı şəxs gecə saatlarında Suriyanın cənubundakı Tasil şəhərində yerləşən İsrail əsgərlərinə atəş açıb. İsrail hərbçiləri bundan sonra cavab atəşi açıb və bir neçə silahlı şəxsi yerdən və havadan məhv ediblər.

Xatırladaq ki, Tasil İsrail-Suriya sərhədi boyunca silahsızlaşdırılmış bufer zonasından kənarda yerləşir.

Tarix
2025.04.03 / 09:32
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla