Yuxarı

SSRİ-nin Aralda gizlətdiyi qorxunc silahlar üzə çıxdı - Fəlakət

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
SSRİ-nin Aralda gizlətdiyi qorxunc silahlar üzə çıxdı - Fəlakət

Dünyanın ən böyük 4-cü gölü hesab olunan, lakin son 50 ildə 90 faizi quruyan Aral gölü bu gün ekoloji faciə ilə üz-üzədir. "Axar.az" xəbər verir ki, bu gölün quruması başqa bir ekoloji faciəni də özü ilə bərabər gətirir. Göldə yerləşən və bioloji cəhənnəm kimi tanınan "Vozrojdeniye" adası ilə bağlı şok faktlar üzə çıxıb.

SSRİ dövründə Aral gölünə axan Amudərya və Sırdərya çaylarının sularının pambıq tarlalarına axıdılması nəticəsində 60-cı illərdən bəri qurumağa başlayan Aral gölü 90 faiz azalaraq, əvvəlki sahilindən 170 kilometrə qədər geri çəkilib.

Sovet hökuməti İkinci Dünya Müharibəsi zamanı alman ordusundan bioloji silah laboratoriyalarını gizlətmək üçün həmin silahları Aral gölündə yerləşən "Vozrojdeniye" adasına köçürüb. 1954-1990-cı illərdə SSRİ tərəfindən 40-a yaxın bioloji silahın sınaqdan keçirildiyi bu ada suyun çəkilməsi ilə tamamilə quruya birləşib.

Ekspertlər adanın naməlum bir yerinə yüz tonlarla Sibir xorası bakteriyalarının basdırıldığını iddia edirlər. Həmin bakteriyaların ABŞ və Avropanın bütün əhalisini bir neçə həftə ərzində öldürməyə bəs edəcəyi də bildirilir. İddialara görə, gölün sularının tamamilə quruması nəticəsində adanın qumları quruya çıxacaq və ərazi üçün tam ekoloji fəlakətə çevriləcək.

Keçmiş Sovet Bioloji Müharibə Sənayesinin önəmli şəxslərindən olan Ken Alibek verdiyi açıqlamada SSRİ Müdafiə Nazirliyinin Sibirdəki yeraltı anbarlarda yerləşən 100 tondan artıq Sibir xorası bakteriyalarının xüsusi vaqonlara yüklənərək Arala göndərildiyini deyib.

Bundan başqa Sovet ordusu 50-ci illərin ortalarından başlayaraq göldə bakterioloji silah sınaqları da keçirib. Hər il Sibir xoralarından yaradılan bakteriloji silahlar "Vozrojdeniye" adasında sınaqdan keçirilib.

Tarix
2014.02.21 / 14:52
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

Vətən müharibəsində xalq buna şahid oldu - Deputat

İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Lavrov Azərbaycan səfirini niyə qəbul etmir? - Qapalı müzakirə

2026-da Azərbaycan və Rusiya əlaqələri necə olacaq?

Zakir Həsənov şəxsi heyəti təbrik etdi

Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla