Yuxarı

Zelenskidən qərar: Məmurlar yalan detektoru ilə yoxlanacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenskidən qərar: Məmurlar yalan detektoru ilə yoxlanacaq

Vladimir Zelenski ABŞ-la resurslarla bağlı yeni saziş layihəsinin detalları barədə mediaya məlumat ötürə biləcək ukraynalı məmurların yalan detektoru yoxlamasından keçirilməsini tapşırıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Faynənşl Tayms” Ukrayna hökumətindəki mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, artıq bir neçə nazirliyin əməkdaşları bu cür yoxlamalardan keçib. Ukrayna Prezident Ofisi bu xəbərləri şərh etməkdən imtina edib.

Məlumata görə, məlumat sızmasının mənbəyini tapmaq cəhdləri Vaşinqtonla Kiyev arasında münasibətlərin növbəti dəfə gərginləşməsi fonunda başlayıb. FT-nin həmsöhbətlərinin sözlərinə görə, sazişin yeni versiyasında ABŞ-ın irəli sürdüyü tələblər Ukrayna rəhbərliyini qəfil yaxalayıb.

Qeyd edək ki, 27 martda Kiyev Vaşinqtondan sənədin yeni versiyasını aldığını açıqlayıb. Sənəd FT də daxil olmaqla, bir sıra KİV-in və ukraynalı müxalifət deputatı Yaroslav Jeleznyakın əlinə keçib, bu isə Zelenskinin narazılığına səbəb olub.

Tarix
2025.04.05 / 14:05
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla