Yuxarı

Trampın yeni böhran qorxusu: Tarifləri ləğv etdi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın yeni böhran qorxusu: Tarifləri ləğv etdi...

ABŞ Prezidenti Donald Tramp administrasiyası yeni ticarət tariflərinin bəzilərini 90 gün müddətinə dayandırmaq qərarına növbəti maliyyə böhranı qorxusu səbəbindən gəlib.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Ağ Ev qlobal fond və əmtəə bazarlarının daha da çökməsindən və maliyyəçilər arasında çaxnaşmadan qorxur ki, bu da nəzarətdən çıxıb iqtisadiyyata ciddi ziyan vura bilər:

“ABŞ vitse-prezidenti Vens və maliyyə naziri Bessent təkid edib ki, Vaşinqtonun ticarət müharibəsi strategiyası dəqiq müəyyən edilməli və Çini təcrid etmək, ABŞ-ın ticarət kəsiri ilə mübarizədə qərarlı olduğu təəssüratı yaratmaq məqsədi daşımalıdır”.

Qeyd olunur ki, aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. 10%-lik universal tariflər aprelin 5-dən, fərdi tariflər isə aprelin 9-dan qüvvəyə minib. Bundan əlavə, ABŞ administrasiyası aprelin 3-dən idxal edilən bütün avtomobillərə 25% gömrük rüsumları tətbiq edib. Aprelin 9-da isə Tramp danışıqlara hazır olduğunu nümayiş etdirən ölkələrə tarif artımını 90 gün müddətinə dayandıracağını açıqlayıb. Onlara 10% idxal rüsumları tətbiq olunacaq. Bessent dayandırmanın Kanada və Meksikaya aid olduğunu vurğulayıb. Lakin Tramp Çindən gələn məhsullara rüsumları 125%-ə qaldırıb.

Tarix
2025.04.10 / 14:12
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Türkiyə Ermənistanla bağlı “sürpriz”ə hazırlaşır

Güneydən Azərbaycanla bağlı bəyanat

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla