Yuxarı

Ərdoğan Öcalanla görüşən heyəti qəbul etdi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan Öcalanla görüşən heyəti qəbul etdi - Foto

15:29

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan DEM Partiyasının nümayəndələrini qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Görüşdə DEM Partiyasının nümayəndə heyətindən Sırrı Sürəyya Öndər və Pərvin Buldan iştirak edir.

Bildirilib ki, bu, Ərdoğanla partiya rəsmiləri arasında keçirilən ilk görüşdür.

Qeyd edək ki, DEM Partiyasının nümayəndə heyəti İmralı adasında PKK lideri Abdullah Öcalanla danışıqlar aparıb.

Xatırladaq ki, bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına tərk-silah çağırışı edib.

***

Rəcəb Tayyib Ərdoğanla DEM Partiyasının rəsmiləri arasındakı görüş başa çatıb.

Məlumatı Türkiyə mediası yayıb.

Bildirilib ki, Prezident İqamətgahında baş tutan görüş 1 saat 25 dəqiqə çəkib.

***

Prezident Ərdoğanla görüşdən sonra Pərvin Buldan və Sırrı Süreyya Öndər yazılı açıqlama veriblər.

"Prezident Rəcəb Tayyib Ərdoğanla görüş son dərəcə müsbət, konstruktiv, məhsuldar və gələcəyə ümid dolu bir atmosferdə keçdi. Prosesdə əldə olunanların əhəmiyyəti təsdiqləndi və növbəti mərhələlər qarşılıqlı olaraq dəyərləndirildi. Nümayəndə heyətimiz və partiyamız qarşıdakı dövrdə daha da güclü iradə və qayğı ilə sülh və demokratik cəmiyyət çağırışının həyata keçirilməsi istiqamətində işlərini davam etdirəcək. Biz bütün ölkəmizi məlumatlandırmaqdan şərəf duyuruq ki, bu gün dünənkindən daha ümidliyik" - açıqlamada deyilir.

Tarix
2025.04.10 / 20:43
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla