Yuxarı

Tramp Çinə qarşı elə bir sərəncam hazırlayır ki...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Çinə qarşı elə bir sərəncam hazırlayır ki...

ABŞ Prezidenti Donald Tramp administrasiyası batareyalar və nadir torpaq elementlərinin təchizat zəncirlərində Çinin dominantlığına qarşı mübarizə məqsədilə Sakit okeanın dibindən çıxarılan metallardan ehtiyatların yaradılmasına imkan verəcək bir sərəncam hazırlayır.

Axar.az “Faynənşl Tayms”a istinadən xəbər verir ki, milyonlarla il ərzində yüksək təzyiq altında formalaşan və kartof böyüklüyündə olan konkresiyalar (mineral təbəqələşmələr) nikel, kobalt, mis və manqan kimi batareyalarda, elektrik keçiriciliyində və silahlanmada istifadə olunan metallar, həmçinin nadir torpaq elementlərinin izlərini ehtiva edir.

Məlumata görə, ABŞ kritik əhəmiyyətli minerallarla özünü təmin etməyə çalışır. Bundan əlavə, Tramp administrasiyası Ukraynaya faydalı qazıntılar üzrə razılaşma bağlamaq üçün təzyiqləri davam etdirir, eyni zamanda Qrenlandiyanı ələ keçirmək və Kanadanı ilhaqla hədələyir.

Trampın birinci prezidentliyi dövründə Milli Təhlükəsizlik Şurası Aparatının rəhbəri olan Aleksandr Qrey bildirib ki, Çin dərin dəniz bölgələrini ABŞ ilə iqtisadi və hərbi rəqabətdə "ön cəbhə" kimi görməyə başladığı üçün Ağ Evin diqqəti dənizdibi hasilata yönəltməsi məntiqlidir.

Dəniz dibindən çıxarılan bu cür polimetallik konkresiyaların strateji ehtiyatının yaradılması ABŞ-a Sakit okeanın resurslarla zəngin bölgələrinin mənimsənilməsi üzrə Çinlə rəqabətdə geri qalmağı aradan qaldırmağa kömək edəcək.

Tarix
2025.04.13 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla