Yuxarı

Aktobedə hərbi hissəyə hücum: Ölənlər var - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aktobedə hərbi hissəyə hücum: Ölənlər var - Video

17:08

Qazaxıstanın Aktobe şəhərinin bir neçə rayonunda atışma gedir.

Axar.az xəbər verir ki, bu barədə "Tengrinyus.kz" saytı məlumat yayıb.

Məlumata görə, hüquq-mühafizə orqanları şəhərin 3 rayonunda – Filarmoniya, 5-ci mikrorayon və "Pallada" silah mağazasında əməliyyata başlayıb.

Hadisə yerinə 5 təcili tibbi yardım briqadası göndərilib. Qeyri-dəqiq məlumata görə, naməlum şəxslər silah mağazasını qarət ediblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları insanları evlərindən çıxmamağa çağırıb. Ticarət mərkəzindəki insanlar təxliyyə olunur. Qazaxıstan Daxili İşlər Nazirliyinin rəsmisi Almas Sadubayev hadisə ilə bağlı açıqlama verib.

"Aktobe rayonunda naməlum şəxslər "Pallada" silah mağazasına hücum ediblər. Daha sonra başqa bir silah mağazası və Milli Qvardiyanın hərbi hissəsinə hücum edildiyi məlum olub. Hücum zamanı mağazanın satıcısı həlak olub, 1 nəfər də yaralanıb. Hərbi hissəyə hücumun qarşısını alarkən bir zabit və müqavilə ilə qulluq edən 1 hərbçi də həlak olub. 9 hərbçi yaralanıb. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində hücum edənlərdən biri saxlanılıb, 3 nəfər öldürülüb, 1 nəfər isə yaralanıb. Quldurlardan bir neçəsi gizlənməyə müvəffəq olub", - Sadubayev bildirib.

***

Aktobedə antiterror əməliyyatları nəticəsində 4 silahlı şəxs öldürülüb, 2-si isə yaralanıb, 7 nəfər tutulub.

Hazırda əməliyyatlar davam edir.

Tarix
2016.06.05 / 22:50
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla